Masallıda \"Özünədəstək\" - Birdəfəlik ünvanlı sosial yardım layihəsi müzakirə olunub
Masallı rayonunda \"Özünədəstək\" - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə sosial müqavilələrin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib. Nazirliyin mətbuat xidmtəindən SİA-ya verilən xəbərə görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunmuş ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına, nəticə etibarilə, kənd yerlərində heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyib, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb.
Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb. Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını möhtərəm dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 23 may tarixli 429 nömrəli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədar Nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, ünvanlı yardımların təyinatı prosesində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin Masallı rayonunda icrası vəziyyəti də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB