Vahid Əhmədov: “Ciddi normativ sənədlər olmalıdır ki, Azərbaycanda normal tikinti həyata keçirilsin” - MÖVQE
Azərbaycanda tikinti ilə əlaqədar problemlər həddindən artıq çoxdur. Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, ölkədə ödəmə prinsipləri yoxdur, qiymət qoyma siyasəti ilə əlaqədar problemlər mövcuddur.
"İnsanlar evlərinin sökülməsilə bağlı şikayət edirlər. Bunların həll olunması Şəhərsalma və Tikinti Məcəllədə əks olunacaq. Lakin burada vahid pəncərə sistemi tətbiq etmək istəyirik ki, tikinti aparmaq istəyən insanlar müraciət edərək həmin ünvanda lazimi sənədləri, razılığı alsın. Daha ikinci bir ünvana müraciət etməsin. Bundan əalvə, Azərbaycanda normativ sənədlər yoxdur və ölkədə ciddi normativ sənədlər hazırlanmalıdır. Tikinti yalnız ev tikmək deyil, onun yol, körpü, metro tikintisi var. Bütövlükdə tikintilər üçün normativ sənədlər olmalıdır ki, Azərbaycanda normal tikinti həyata keçirilsin", - deyə o əlavə edib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda "Qiymətləndirmə siyasəti haqqında" qanun qəbul olunacaq. Onun sözlərinə görə, yeni qanun ölkədə qiymətləndirmə siyasətini, o cümlədən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyəcək, dövlət ehtiyacları üçün torpaqların əhalidən alınmasına dair praktikada yaranan mübahisələrin həllinə yardım edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB