YAP gəncləri Lənkəranın Heydər Əliyev İdarəçilik Mərkəzində olublar - FOTO

YAP gəncləri Lənkəranın Heydər Əliyev İdarəçilik Mərkəzində olublar - FOTO

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP) Lənkəranda keçirdiyi zona müşavirəsi davam edir. SİA-nın xəbərinə görə, bugün Lənkəran şəhər Heydər Əliyev İdarəçilik mərkəzində region gəncləri ilə "Region gənclərinin ictimai-siyasi və İKT sahəsində fəaliyyəti" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş nitqi ilə açan YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bildirib ki, YAP-ın 500 mindən artıq üzvü var ki, onun da 40 faizi gənclərdən ibarətdir. O tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin bu kimi məsələlər ətrafında müzakirələr aparmasının böyük əhəmiyyəti var. Gəncləri Birliyinin sədr müavininin sözlərinə görə, görüşün əsas və başlıca məqsədi regionlardakı gənclərin sosial şəbəkələrdə gördüklərlə işlərlə yaxından maraqlanmaqdır.

YAP Gənclər Birliyinin digər sədr müavini Aytac Əliyeva isə çıxış edərək gənclərin diqqətinə çatdırıb ki, cənub zonası həmişə gender problemi ilə üzləşir və bunun da qarşısının alınması istiqamətində lazımi tədbirlər görülür. Onun sözlərinə görə, ölkədə gənclər varsa, deməli orada problem də öz həllini tapacaq. O, xüsusi olaraq ilə sosial şəbəkələrdə-"Facebook"da gənclərin fəallığının vacib olduğunu önə çəkib. Qeyd edib ki, cinsindən asılı olmayaraq hər bir gənc sosial şəbəkələr vasitəsilə onları maraqlandıran problemləri müzakirəyə çıxarmalı və həlli yolları barəsində fikir mübadiləsi aparmalıdırlar.

Millət vəkili Hadı Rəcəbli isə çıxışında bütün cəmiyyətdə gənclərin aparıcı qüvvəyə malik olduğunu vurğulayıb. Parlament üzvü sözlərinə əlavə edib ki, məhz bununla əlaqədar olaraq gənclərlə bağlı qanun layihələri Milli Məclisdə müzakirə olunur və öz həllini tapır. Bildirilib ki, parlamentin qərarı ilə gənclik yaşının 19-24 yaş arası olması gənc ailə məfhumunun qorunmasına imkan yaradıb: "Bütövlükdə gənclik siyasəti ölkənin ən prioritet məsələlərindən biridir. Bunu dərk etməyən dövlətlər isə həmişə fiaskoya uğrayırlar".

Tədbir sonda gəncləri maraqlandıran suallarla davam etdirilib.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə