Bayram Səfərov: \"Ermənilərlə görüşə hazırıq\"

Bayram Səfərov: \"Ermənilərlə görüşə hazırıq\"

"Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar sərəncam imzaladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu, ölkə başçısının şuşalılara münasibətinin göstəricisidir". SİA-nın xəbərinə görə, bunu Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib.


B. Səfərov Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlandığını deyib. Onun sözlərinə görə, işğalın ildönümü Azərbaycanın Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı bütün ərazilərində və respublikanın hüdudlarından kənarda qeyd olunacaq. Şuşanın işğalı günü – mayın 8-də Şəhidlər xiyabanına ziyarət təşkil ediləcək. Həmin gün ərəfəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.


Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü barədə danışan B. Səfərov deyib ki, azərbaycanlı icması həmişə görüş tərəfdarı olub: "Amma ermənilər bu görüşdən qaçırlar. Onlar bizimlə nə deyib görüşsünlər? O rejimdə çalışanların hamısı cinayətkar, qatil olduqlarını, əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını bilirlər. Sıravi adamların görüşünə də onlar mane olurlar. Biz hər dəfə deyirik ki, ermənilərlə görüşə hazırıq. Biz birgə yaşamışıq, onlar da Azərbaycan vətəndaşlarıdır. Azərbaycan qanunlarına əməl etməyən ermənilər gedib Ermənistanda yaşaya bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə