Heydər Əliyev düşüncə mərkəzi yaradıldı

Heydər Əliyev düşüncə mərkəzi yaradıldı
Bu gün Heydər Əliyev düşüncə mərkəzinin yaradılması ilə əlaqədar mətbuat konfransı keçirildi. SİA-nın verdiyi xəbərə görə, mərkəzin təsis qurultayı martın 2-də keçirilib. Heydər Əliyev düşüncə mərkəzinin sədri Vüsal Bayramovun sözlərinə görə, məqsəd ümummilli liderimiz Heydər Əliyevin düşüncə və idealarını beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. "Heydər Əliyev siyasətini, düşüncəsini, idealarını tək Azərbaycanda yox bütün dünyada tanıdacağıq. " Mərkəzin sədri Türkiyə, Gürcüstan, Rusiya və Ukranyada tədbirlər təşkil ediləcəyini bildirdi. Iyun ayında isə Türkiyənin İstanbul və Van şəhərlərində mərkəzin təşkilatçılığı ilə konfrans təşkil olunacaq.


Aytəkin

Bütün xəbərlər Facebook səhifəmizdə