Şəhərsalma və Tikinti Məcəlləsi Milli Məclisin yaz sessiyasında qəbul olunacaq

Şəhərsalma və Tikinti Məcəlləsi Milli Məclisin yaz sessiyasında qəbul olunacaq

Şəhərsalma və Tikinti Məcəlləsinin Milli Məclisin yaz sessiyasında qəbul olunması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov deyib. O bildirib ki, əgər məcəllə yaz sessiyasında qəbul olunarsa, 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

"Təbii ki, qəbulla bağlı məsələlər parlamentin səlahiyyətinə aiddir və millət vəkilləri buna qərar verir. Bu məcəllədə çoxlu sayda müddəalar, normalar və fəsillər var. Tikintiyə icazədən başlamış tikintinin istismarınadək bütün tikinti prosesi mərhələlər üzrə tənzimlənir. Eyni zamanda, bu məcəllədə şəhərsalma səlahiyyəti, ərazi planlaşdırması, onun həyata keçirilməsi qaydları bu prosesə ictimaiyyətin iştirakı və digər məsələr öz əksini tapıb", - deyə o əlavə edib.

S.Kərimov qeyd edib ki, bu məcəllə tikinti və şəhərsalma sahəsində mövcud problemləri aradan qaldıracaq. Onun fikrincə, 100% olmasa da məcəllə bu problemlərin çox hissəsi aradan qaldırmaq və həll etmək iqtidarındadır: "Məqsəd də bundan ibarətdir. Bugünki problemlərdən çıxış edərək onların həlli yolları nəzərdə tutulub. Məcəllə kifayət qədər beynəlxalq təcrübə əsasında hazırlanıb, həm də Azərbaycanın hüquqi və praktik problemlərini araşdırılmasının nəticəsi olaraq yaranıb. Bu baxımdan bu bir çox problemləri həll etməyə qadir olacaq məcəllə də olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə