Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illiyi qeyd olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illiyi qeyd olunur
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illiyi münasibəti ilə tədbir keçirildi. SİA-nın xəbərinə görə bununla əlaqədar universitetin Tələbə Gənclər Təşkilatı "kim, harada, nə vaxt?" intellektual yarışmasının II turunu keçirdi. Təşkilatın sədri Mahmud Möhbalıyev yarışmaya 10 fakültədən 15 komandanın qatılacağını bildirdi. Komandaların tərkibi isə 6 nəfərdən ibarət olacaq. I, II, III yerin qalibləri fəxri diplom və kubokla təltif olunacaqlar. Xatırladaq ki yarışmanın I turu fevral ayında keçirilmişdi. Qeyd edək ki, Nəsrəddin Tusi adına olan universitet 1921-ci ildə yaranmışdır. 10 fakültə və 55 kafedranın fəaliyyət göstərdiyi universitetdə 7000 tələbə təhsil alır.


Aytəkin

Bütün xəbərlər Facebook səhifəmizdə