AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri - Muğla vilayətinin valisi Fati Şahin və "Dalaman" Beynəlxalq hava limanının direktoru Həmdi Güvənc aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşüblər.SİA-nın verdiyi xəbərə görə, nazir Əbülfəs Qarayev qonaqlara Azərbaycanda turizmin inkişaf perspektivləri barədə məlumat verib.
Ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdıran Ə.Qarayev, Azərbaycanın turizm sənayesində böyük təcrübəsi olan qardaş Türkiyə ilə bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib..
Turizm sənayesinin inkişafı üçün Azərbaycanın geniş imkanlara malik olduğunu vurğulayan qonaqlar bildirmişlər ki, turizm sahəsində əlaqələr hər iki ölkə üçün əhəmiyyətlidir. Onlar turizm sahəsində Azərbaycanla işbirliyi qurmaqda maraqlı olduqlarını bildirib.
Görüşdə turizm sahəsində ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB