İsmayıllıda qəzalı vəziyyətə düşən 145 evlərin sakinləri ərazidən köçürüləcək
Ismayıllı rayonunun bir sıra kəndlərində torpaq sürüşməsinin aktivləşməsi qeydə alınıb.SİA-nın verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hal-hazırda ərazilərə baxış keçirirlər. Son 3 gün ərzində 26 kənddə mövcud olan aktiv sürüşmə zonasında monitorinq keçirilib. Qəzalı vəziyyətə düşən 145 evlərin sakinlərinin ərazidən köçürülməsi barədə qərar qəbul olunub. ETSN Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib ki, sürüşmənin təsiri nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 160-a çatıb. Daha 15 qəzalı evə də baxış keçirilib, həmin ailələrin də evlə təmin ediləcəyi gözlənilir. Sakinlərə yeni evlərin tikilməsi üçün torpaq sahəsi də ayrılıb, bütün sənədləşmə işləri görülərək məlumatlar Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə təqdim olunub. Layihələndirmə və maliyyələşdirmə işlərindən sonra həmin ailələr üçün yeni evlərin inşasına başlanılacaq. Qeyd edək ki, Diyallıda 40, Vaşada 32, Güyümdə 10, Lahıc, Qaraqaya, II Yeniyol, Xankəndi, Quşencə, Bizlan, Sulut kəndlərinin hər birində 5, digər 16 kənddə isə 28 ev qəzalı vəziyyətdədir. ETSN-nin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev, FHN-nin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin baş məsləhətçisi Ruslan Ağamirzəyev və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mühəndisi Asiman Muradov hazırda İsmayıllı rayonundadır. Torpaq sürüşməsinin aktivləşməsi ilə əlaqədar olaraq yerli sakinlərdən bəzi ərazilərə təkrar baxış keçirilməsi üçün müraciətlər qəbul olunub və yerlərə baxış keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB