Heydər Əliyev – 89: Media qurumları arasında voleybol yarışı keçiriləcək - ELAN

Heydər Əliyev – 89: Media qurumları arasında voleybol yarışı keçiriləcək - ELAN

May ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olur. Bu münasibətlə respublikamızda böyük kütləvi tədbirlərin, mərasimlərin keçirilməsi nəzərdə tutulur. "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri də Ulu öndərimizin doğum günü münasibətilə kütləvi informasiya vasitələri arasında voleybol turniri təşkil edir. Turnirin əsas məqsədi xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğ olunması, Onun Azərbaycan dövlətçiliyinin xilas olması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək vermək, həmçinin, media təmsilçiləri arasında əməkdaşlığı və həmrəyliyi möhkəmləndirməyə nail olmaqdır. Eyni zamanda, son illərdə ölkəmizdə böyük inkişaf yolu keçmiş idman növlərindən biri olan voleybolun kütləviləşdirilməsinə, bu idman növünə marağın daha da artırılmasına xidmət göstərməkdir.


Oyunları Azərbaycan Voleybol Federasiyasının təyin etdiyi hakimlər idarə edəcəklər. Turnirin sonunda 1, 2 və 3-cü yeri tutmuş komandalar mükafatlandırılacaqlar. Yarışda iştirak könüllüdür və Azərbaycanın bütün KİV kollektivləri turnirə dəvətlidirlər. Turnirdə iştirak etmək istəyən KİV-lər aprelin 19-dək yarışın təşkilat komitəsinə müraciət edə bilərlər. Turnirə aprelin 23-də start veriləcək. Turnirin püşkatma mərasimi aprelin 20-də "Yeni Azərbaycan" qəzetinin akt zalında keçiriləcək.


Əlaqə telefonu: (012) 498-78-03, (055) 298-11-33

Bütün xəbərlər Facebook səhifəmizdə