Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Sabirabad, Hacıqabul rayonları və Şirvan şəhər Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmə həyata keçiriblər. Ombudsmanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabirabad RPŞ-nin MST-nə başçəkmə zamanı orada saxlanılan digər şəxslərlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə barəsində 12 gün inzibati həbs seçilmiş Oqtay Gülalıyevlə konfidensial şəraitdə görüş keçirilib.
MST-də saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməsələr də, O.Gülalıyev saxlanılma şəraitindən narazı olduğunu, ilkin tutulma zamanı Rauf Məcidov tərəfindən zorakılığa məruz qaldığını, ona ilkin tibbi yardım göstərilmədiyini bildirib. Məsələ ilə bağlı yerində araşdırma aparılıb, kameranın müasir standartlara tam cavab vermədiyi müəyyən edilib. MPM Qrupunun üzvlərinin Şirvan şəhər RPŞ-nin MST-nə başçəkməsi zamanı müəyyən edilib ki, Müvəkkilin də təklifləri nəzərə alınmaqla burada müasir standartlara cavab verən əlavə 40 yerlik 6 kameranın inşası başa çatıb.
Müəssisə rəhbərlərinə müvafiq tövsiyələr verilib, başçəkmənin nəticələri ilə bağlı Müvəkkil tərəfindən Daxili İşlər nazirinə məlumat hazırlanıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB