Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 əsgəri yaralanıb. SİA-nın verdiyi xəbərə görə, hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb.
Atəşkəsin pozulması nəticəsində yaralananların Göyçay rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Məmmədli Əzizxan Azad oğlu və Bakının Suraxanı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hacıvev Ramiz Məhəmməd oğlu olduğu bildirilir.Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB