YAP Gənclər Birliyinin Cənub regionu üzrə zona müşavirəsi keçiriləcək

YAP Gənclər Birliyinin Cənub regionu üzrə zona müşavirəsi keçiriləcək
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi tərəfindən aprelin 13-15-dək Lənkəran rayonunda zona müşavirəsi təşkil olunacaq. SİA-nın xəbərinə görə, zona müşavirəsinin iştirakçıları olan gənclər layihə çərçivəsində Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüşəcək həmçinin Heydər Əliyev İdarəçilik Mərkəzində region gəncləri ilə bir araya gələcək. Görüşdə "Region gənclərinin ictimai-siyasi və İKT sahəsində fəaliyyəti" mövzusunda məsələlər müzakirə olunacaq. Gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkili üçün intellektual, idman yarışlar və s. təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə