1 saylı Gəncə şəhər Abbas Səhət adına rayonlararası xəstəxana binası sovetlər dönəmində inşa olunub. Hazırda ölkə prezidentinin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən nəhəng səhiyyə ocağının əsaslı şəkildə təmirinə başlanılıb. Hazırda binada söküntü işləri aparılır. Dövlət tərəfindən səhiyyə sisteminə ayrılan vəsait hesabına yenidən əsaslı şəkildə qurulan tibb müəssisəsi ən müasir avadanlıqlarla təchiz olunacaq. Burada təmirdən sonra bütün lazımi tibbi xidmətlər ən müasir texnikalar vasitəsilə həyata keçiriləcək. İş icraçısı Qəzənfər Quliyevin SİA-nın bölgə müxbirinə veridiyi məlumata görə, təmir işləri rayonlararası İstehsalat Kombinatı tərəfindən həyata keçirilir.
Məlumat üçün bildirək ki, işlərin bir hissəsi ilkin olaraq ilin sonuna kimi həyata keçiriləcək. Ərazidə yerləşən digər səhiyyə müəssisəsi də təmirə dayandırılacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB