Amerika Ticarət Palatası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi üzrə İctimai Dinləmə keçirəcək. SİA-nın xəbərinə görə, tədbir Milli Məclisi və Azərbaycan Hüquqşunaslar Konfederasiyası və Alman Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə birlikdə, Baker və MakKenzi hüquq şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq.
İctimai Dinləmədə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət quruculuğu Komitəsinin və Azərbaycan Hüquqşunaslar Konfederasiyasının İdarə Heyətinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupun rəhbəri əyyad Kərimov, Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə rəhbəri cənab Tomas Melçer iştirak edəcəklər. Tədbirdə Biznes İctimaiyyətinin Amerika Ticarət Palatasında təmsil olunan 60 üzvünün iştirakı gözlənilir.
Tədbirdə Məcəllə layihəsinin hazırkı vəziyyəti və ona ikinci oxunuşdan əvvəl edilməsi planlaşdırılan əlavə və dəyişikliklər müzakirə olunacaq. İctimai Dinləmədə Məcəllə layihəsi üzərində çalışan işçi qrupun rəhbəri cənab Səyyad Kərimov və Amerika Ticarət Palatasının nümayəndəsi çıxış edəcəklər. Çıxışlar zamanı və onlardan sonra Məcəllə layihəsi üstünlüklükləri və çatışmazlıqları müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB