9 yaşında qətlə yetirilən Fariz Bədəlovun xatirəsinə həsr edilən yeni film hazırlandı
Bu gün Respublika Uşaq Təşkilatının təşəbbüsü ilə ANS Televiziyası tərəfindən çəkilən "Ana haqqı" filminin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "Nizami" kinoteatrında təqdim olunan film 2011-ci il martın 8-də Ağdam rayonu ərazisində erməni işğalçıları tərəfindən 9 yaşında qətlə yetirilən Fariz Bədəlovun xatirəsinə həsr edilib.
Filmin təqdimatında millət vəkilləri, ölkənin tanınmış
ictimai-siyasi xadimləri, Farizin ailə üzvləri və digər qonaqlar iştirak edib. Respublika Uşaq
Təşkilatının sədri, millət
vəkili Gülər Əhmədovanın təşəbbüsü ilə hazırlanan filmin müəllifi, rejissoru və ssenari
müəllifi Zəminə Əliyevadır. Film Dağlıq Qarabağ münaqişəsi zamanı və atəşkəs
dövründə cəbhə xətti bölgələrində ermənilər tərəfindən öldürülən uşaqlardan
bəhs edir, erməni
tərəfinin snayperlərinin uşaqları qətlə yetirməsi hadisələrinin ümumiləşdirilən
sujetini canlandırır.
Filmin təqdimatından sonra G.Əhmədova "Ana haqqı" filminin rus və ingilis dillərinə tərcümə olunacağını deyib. O bildirib ki, müxtəlif dillərdə hazırlanacaq film beynəlxalq ictimaiyyətə çatdırılacaq və dünyanın bir çox ölkələrində nümayişi təşkil ediləcək.
Millət vəkili Bəxtiyar Sadıqov isə filmin çəkilməsini ermənilərin Azərbaycanda törətdikləri faciələrin dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək səviyyəli iş kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB