“Onun sevgi məktubları” Göyçayda - FOTO

“Onun sevgi məktubları” Göyçayda - FOTO

Göyçayda millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın ötən ilin sonu işıq üzü görən və böyük oxucu marağına səbəb olan "Onun sevgi məktubları" romanının imza günü keçirilib.

SİA-nın məlumatına görə, "Onun sevgi məktubları" romanını alan və müəllifə imzalatmaq istəyən oxucularla kitab ətrafında fikir mübadiləsi və müzakirələr də aparılıb. Müzakirələr zamanı romanın müəllifi Qənirə Paşayeva oxucuları maraqlandıran bir sıra sualları da cavablandırıb.

Millət vəkili bildirib ki, "Onun sevgi məktubları"nın satışından əldə olunacaq gəlir bütünlüklə, həyat yoldaşını itirmiş üçuşaqlı kimsəsiz və evsiz bir qadının mənzil probleminin həllinə yönəldilməkdədir.

Sonra xanım yazar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.




Bütün xəbərlər Facebook səhifəmizdə