Nazir: “Eurovision 2012” müsabiqəsi dövründə otellərdə süni qiymət artımına yol verilməyəcək”

Nazir: “Eurovision 2012” müsabiqəsi dövründə otellərdə süni qiymət artımına yol verilməyəcək”

"Eurovision 2012" müsabiqəsi dövründə otellərdə süni qiymət artımına yol verilməyəcək". SİA-nın verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın turizim sektorunda bütün mehmanxanalar ölkədə keçiriləcək \"Eurovision\" yarışmasına tam hazırdır.

Onlar nazirliyə zəmanət verir ki, "Eurovision"a gələn qonaqlar üçün qiymətlərdə heç bir artım olmayacaq: "Yəni otellər adi vaxtda Azərbaycan vətəndaşlarına hansı qiymətlərlə xidmət göstərirlərsə, "Eurovision"a gələn qonaqlara da həmin qiymətlərlə xidmət göstərəcəklər. Qiymətlərə ciddi nəzarət olunacaq".

Əbülfəs Qarayev onu da qeyd edib ki, ötən il Azərbaycanda fəaliyyət göstərən otel, mehmanxana və istirahət mərkəzləri qiymətləri təxminən 20% aşağı salıb: "Bu da rəqabət nəticəsində əldə olunub. Hər il ölkədə 40-50 istirahət mərkəzi istifadəyə verilir. Düşünürəm ki, bazar qiymətləri tənzimləyəcək və nə qədər çox turizm mərkəzi olsa, qiymətlər daha da aşağı düşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə