AŞPA-da  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını  yaralaması və qətlə yetirməsi  məsələsi qaldırılacaq

AŞPA-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını yaralaması və qətlə yetirməsi məsələsi qaldırılacaq
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ön cəbhədə Ermənistan silahlı qüvvələrinin snayperlərinin hədəfə alaraq ağır yaraladığı mülki vətəndaş – Vüsal Quliyevə xəstəxanada baş çəkib.Yaralıya baş çəkənlər arasında olan Türkiyənin TRT kanalının Azərbaycan nümayəndəliyinə müsahibəsində millət vəkili Qənirə Paşayeva bildirmişdi ki, AŞPA-da daxil olmaqla, beynəlxalq təşkilatlar qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını snayperlə hədəfə alaraq onları yaralaması və qətlə yetirməsi və Ermənistan tərəfindən bu hərəkətlərə son qoyulmasının tələb edilməsi məsələsi qaldırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə