Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müasirləşir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müasirləşir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi istirahət mərkəzlərində dincələnlərə müasir rabitə xidmətləri təqdim etməyə hazırlaşır.

Nazirlikdən SİA-ya verilən məlumata görə, problemlərin yaşanmaması üçün istirahət mərkəzlərinin yerləşdiyi rayonların müvafiq rabitə müəssisələri tədbirlər planının uyğun bəndlərinin icrasını tam nəzarətdə saxlayırlar. İstirahət mərkəzlərində əhaliyə geniş rabitə xidmətləri təqdim etmək və eyni zamanda, orada internetə çıxış imkanları yaratmaq diqqət mərkəzindədir. Regionlarda yaşayış məntəqələri genişzolaqlı internet xidmətləri ilə təmin olunacaq. Bu isə ən ucqar kəndlərdə yerləşən istirahət mərkəzlərinin internet xidmətləri ilə təminatına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə