Havalar yenidən soyuyacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq, səhər bəzi yerlərdə duman müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Aprelin 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

Aprelin 13-14-də əsasən gecə və axşam yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 12-17 isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə