Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri Erling Şönsberq ilə görüşüb
Bu günAzərbaycan Dillər Universitetinin (ADU) rektoru, deputat, professor Səməd Seyidov Norveçin Azərbaycandakı səfiri Erling Şönsberq ilə görüşüb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ADU-nun Norveç universitetləri ilə əlaqələri, ADU-nun Skandinaviya mərkəzinin fəaliyyəti, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Notrveç dilinin tədrisi haqda fikir mübadiləsi aparılıb.
Rektor Səməd Seyidov bu il ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi və 4 müəllimdən ibarət heyətin Oslo Universitetində Yay məktəbində olacaqlarını səfirin diqqətinə çatdırıb.
Səfir Erling Şönsberq Norveçin universitetləri və ADU arasında əməkdaşlıq perspektivlərinin genişlənməsindən məmnunluğunu söyləyib.
Tərəflər ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU-nun Norveçin Oslo, o cümlədən Aqder universitetləri ilə əməkdaşlığının gələcək perspektivlərini də müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB