Danimarkadakı azərbaycanlılar etiraz etdi

Danimarkadakı azərbaycanlılar etiraz etdi

Danimarka Krallığında fəaliyyət göstərən "Vətən" Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan "Metro Xpress" qəzetində Daglıq Qarabağa turist səfərlərinin təşkili və bu səfərlərin təbliği barədə məqaləyə etiraz əlaməti olaraq qəzetin rəhbərliyinə məktubla müraciət edib.

Bu barədə SİA-ya Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki,Danimarka və ingilis dillərində göndərilmiş etiraz məktubunda Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu, onun ermənilər tərəfindən işğal edildiyi qeyd olunub. Məktubda BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını tələb edən 4 qətnamənin qəbul edildiyi bildirilib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə turist səfərləri təşkil edən ermənilərin bu hərəkətlərinin qanunsuz olduğu və bunun beynəlxalq hüquq və norlamala zidd olduğu vurğulanıb.

"Vətən" Cəmiyyətinin Danimarkada yaşayan azərbaycanlıların adından göndərdiyi etiraz məktubunda "Metro Xpress" qəzetinin gələcəkdə bu cür səhvlərə yol verməyəcəyinə ümid ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə