SAM-ın beynəlxalq əlaqələri genişlənir

SAM-ın beynəlxalq əlaqələri genişlənir

Parisdə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Fransa Beynəlxalq Münasibətlər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq.

SAM-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sazişin imzalanması mərkəzin direktor müavini Gülşən Paşayevanın Fransaya səfəri çərçivəsində baş tutacaq.

Sənəddə Azərbaycan və Avropa İttifaqının energetika sahəsində yürütdükləri siyasətin tədqiqi, Cənubi Qafqazda iqtisadi inteqrasiyanın perspektivlərinin, regionda baş verən proseslərin və təhlükəsizlik məsələlərinin, o cümlədən geosiyasi maraqların, hərbi münaqişələrin həlli metodlarının araşdırılması üzrə birgə tədqiqatların aparılması nəzərdə tutulub.

Bundan başqa, G.Paşayeva Fransa paytaxtında "Avropanın enerji təhlükəsizliyi strategiyasında Azərbaycanın rolu" mövzusunda keçiriləcək konfransda iştirak edəcək, Beynəlxalq Risklərin Təhlili və Proqnozlaşdırılması Mərkəzində, ictimai əlaqələr üzrə ixtisaslaşdırılmış "Homid" şirkətində, Beynəlxalq və Strateji Əlaqələr İnstitutunda fransalı həmkarlarının işi ilə yaxından tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə