Milli Təhlükəsizlik Nazirliyi Xaçmazda əməliyyat keçirib. Əməliyyatda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Həyata keçirilən əməliyyat nəticəsində radikal "vəhhabi" təriqətinin üzvü olduğu ehtimal edilən iki nəfər saxlanılıb. Onlardan biri Faiq Süleymanov Azərbaycanı tərk edərkən Yalama sərhəd keçid məntəqəsində tutulub. Digər saxlanılan şəxs isə rayon sakini Şahin Talıbovdur. Əməliyyatçılar adıçəkilən şəxslərin evlərindən silah-sursat və qadağan olunmuş dini ədəbiyyat aşkar edərək götürüblər.
Məlumata görə, bu, MTN-in bir neçə gün əvvəl Gəncə və bir sıra rayonlarda həyata keçirdiyi xüsusi əməliyyatın davamıdır. MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyasını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB