Digər enerji müəssisələrində olduğu kimi, cənub bölgəsinin enerji təminatçısı sayılan "Şirvan REŞ" MMC-nin inzibati ərazisinə daxil olan Şirvan və Astara rayonlarının isteklaçılarının daha da dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təmin olunması məqsədilə balans mənsubiyyətinə aid olan yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində, elektrik verilişi xətlərində yenidənqurma işləri mütəmadi davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün durmadan zəruri tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticə verir, o cümlədən enerji daşıyıcılarında ifrat yüklənmə və açılma hallarına rast gəlinmir.
"Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, Şirvan Elektrik Şəbəkəsində son üç ay ərzində rayon ərazisində smart-kart tipli sayğacların quraşdırılması ilə əlaqədar 1,6 kilometrə yaxın koaksal kabel çəkilmiş, 2,2 kilometrə yaxın isə 0,4 kV-luq elektrik verilişi xətti SİP kabellə əvəzlənmişdir. Eyni zamanda, 140 metr SİP kabel isə dəyişdirilib.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 18 ədəd transformator məntəqəsində (TM) yenidənqurma işləri aparılmış, 6 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri aparılıb.
Astara EŞ-dən əldə edilən məlumata görə, şəbəkəsinin əməkdaşları da qeyd olunan vaxt ərzində müvafiq təmir bərpa işləri aparılıb. Belə ki, şəbəkənin balans mənsubiyyətinə aid olan 10-0,4 kV-lik EVX-lərin ümumikdə 2,7 kilometrdən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Onu da qeyd edək ki, sözügedən dövrdə ümumi gücü 1,4 MVA-ya yaxın olan 2 ədəd transformatorda əsaslı təmir edilərək şəbəkəyə qoşululub. Eyni zamanda 15 ədəd TM-də də müxtəlif təyinatlı təmir işləri aparılıb.
Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd edən mənbələr onu da bildirdilər ki, balans mənsubiyyətinə aid olan TM-lərin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılıb, çınqıl örtüyü yenisi ilə əvəz edilib. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılıb və aşkar edilmiş qüsurlar aradan qaldırılıb.
Qeyd edək ki, icra edilən təmir-bərpa işləri nəinki abonentlərin enerji təminatının yaxşılaşdırılmasına, eyni zamanda iqtisadi göstəricilərin daha da yüksəldilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB