“Xüsusi təyinatlı” adlı kitab və “Kəşfiyyatçı” filmi təqdim olundu - FOTO
Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə \"Azərbaycan Bayrağı\" Ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynov haqqında bəhs edən "Xüsusi təyinatlı" kitabının və "Kəşfiyyatçı" filminin təqdimatı keçirilib.
SİA-nın məlumatına görə, təqdimatda çıxış edən millət vəkili "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva İbad Hüseynovun Vətən qarşısında xidmətlərindən söz açaraq, sözügedən filmdə və təqdim olunan kitabda bu xidmətlərdən bəhs olunduğunu, onun xidmətlərinin, qəhrəmanlığının əks olunduğunu qeyd edib. Bu cür təqdimatların keçirilməsinin vacibliyinə toxunanan millət vəkili Qənirə Paşayeva İbad Hüseynovun Azərbaycan gəncləri üçün örnək qəhrəmanlardan biri olduğunu deyib.
"Biz bu cür cəsur və vətəninə bağlı olan qəhrəmanlarımızla fəxr etməliyik və onlar bizim üçün nümünə olmalıdır,"-deyə millət vəkili Qənirə Paşayeva əlavə edib.
Tədbirdə iştirak edən millət vəkili Etibar Hüseynov da bu cür tədbirlərin keçirilməsinin vacibliyini və İbad Hüseynov kimi qəhrəmanlarımızın gənclərimiz arasında təbliğinin vacibliyini vurğulayıb.
İbad Hüseynov da əsgər və zabitlər qarşısında çıxış edərək Ali Baş Komandanın rəhbərliyi altında onun da əsgər və zabitlərimizə qoşularaq işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazır olduğunu qeyd edib. İbad Hüseynov əsgərlərə öz hərbi xidmət borclarını yüksək səviyyədə yerinə yetirməyə çağırıb.
"N" saylı hərbi hissənin rəhbərliyi öz çıxışında bu cür tədbirlərin keçirilməsinin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib.
Qeyd edək ki, sonda hərbi hissəyə Sahib Şirinovun müəllifi olduğu və millət vəkili Qənirə Paşayevanın "ön söz" yazdığı "Xüsusi təyinatlı" adlı kitab və "Kəşfiyyatçı"filminin diskləri təqdim olundu.
Daha sonra millət vəkili Qənirə Paşayeva və İbad Hüseynov yerli "TÜRKEL" TV-nin qonağı olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB