Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Bolqarıstan Respublikasının əmək və sosial siyasət naziri Totyu Mladenovun dəvəti ilə həmin ölkəyə səfər edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində iki ölkənin nazirləri arasında keçirilən görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin düzgün düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində respublikamızın dayanıqlı tərəqqi tempinə malik olduğunu və keçid iqtisadiyyatı dövrünü başa vuraraq modern islahatlar mərhələsində inamla addımladığını vurğulayan nazir Fizuli Ələkbərov ölkədə davamlı iqtisadi inkişafı və sosial rifahın yaxşılaşmasını xarakterizə edən məlumatları diqqətə çatdırıb. Nazir Fizuli Ələkbərov bütün sahələrdə olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi sahəsində də Bolqarıstanla əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
Dəvəti qəbul edərək ölkəsinə səfərə gəldiyinə görə azərbaycanlı həmkarına minnətdarlığını ifadə edən nazir Totyu Mladenov qarşılıqlı səfərlərin iki ölkənin əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyini, keçirilən bu görüşün qeyd olunan sahədə daha bir uğurlu addım olduğunu bildirib.
Əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə "2012-2013-cü illər üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı" imzalanıb. Proqram hər iki nazirliyin fəaliyyətinə aid istiqamətlər üzrə məlumat mübadiləsinin aparılmasını, qarşılıqlı təlim səfərlərinin və seminarın təşkilini, tabeçilikdə olan qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB