7 polis əməkdaşının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

7 polis əməkdaşının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Tərtər rayon 6 saylı orta məktəbdə 1992-ci il aprelin 10-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan 7 polis əməkdaşının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, anım mərasimində Daxili İşlər Nazirliyi Veteranlar Şurasının Tərtər rayon şöbəsinin üzvləri, polis əməkdaşları və məktəbin şagird-pedoqoji kollektivi iştirak edib.

Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan və sağlamlığını itirən igidlər arasında yüzlərlə polis əməkdaşı olduğunu bildiriblər. Tədbir iştirakçıları həmçinin Tərtər polis şöbəsinin əməkdaşlarının Tərtər, Ağdərə, Ağcakənd və Gülüstan uğrunda gedən döyüşlərdə yaxından iştirak etdiyini vurğulayıblar.

Müharibə veteranları həmçinin işğal altında olan torpaqların azad edilməsi uğrunda başlayacaq savaşda iştirak etməyə hazır olduqlarını da bildiriblər.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə