Ucarda “Onun sevgi məktubları”nın imza günü keçirilib - FOTO

Ucarda “Onun sevgi məktubları”nın imza günü keçirilib - FOTO

Ucar rayon mərkəzində millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın ötən ilin sonu işıq üzü görmüş və böyük oxucu marağına səbəb olmuş "Onun sevgi məktubları" romanının imza günü keçirilib.

SİA-nın məlumatına görə, müəllifin imzası ilə kitab əldə edən hər kəsə xüsusi minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva oxucularla əsər ətrafında fikir mübadiləsi və müzakirələr aparıb. Millət vəkili eyni zamanda gerçək olaylar üzərində qurulmuş sevgi romanında yer alan məktubların mətni və kitabda nəql olunan sevgi hekayəti, əsər və qəhrəmanların aqibəti barədə ona ünvanlanan sualları cavablandırıb.

Qənirə Paşayeva bildirib ki, "Onun sevgi məktubları"nın satışından əldə olunacaq gəlir bütünlüklə, öz həyat yoldaşını itirmiş, üçuşaqlı, kimsəsiz və evsiz bir qaçqın qadının mənzil probleminin həllinə yönəldilməkdədir.

Sonda xanım yazar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə