Pakistanda urdu dilində “Azərbaycan-Odlar Yurdu” adlı kitab nəşr edilib
Azərbaycanın Pakistanda səfirliyinin təşəbbüsü, Pakistanın "Diplomatik Star" jurnalının baş redaktoru Amir Mahmud Battinin müəllifliyi ilə "Azərbaycan-Odlar Yurdu" adlı kitab urdu dilində nəşr edilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kitabın ilk fəsilləri Azərbaycanın tarixi və dövlət atributlarına həsr olunub.
Nəşrdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin məqamları, ölkənin birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, 31 mart-azərbaycanlıların soyqırımı və erməni terroru, qanlı 20 Yanvar hadisəsi, Dağlıq Qarabağ münaqişəsi, Qarabağın tarixi, Xocalı soyqırımı və \"Xocalıya ədalət\" kompaniyası barədə əhatəli məlumatlar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB