Bu gün Azərbaycan efir məkanının gənc nəslin formalaşmasına təsiri və problemlər, risklər və həll yolları ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Muğam teatrının baş direktoru Arif Qazıyev, "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova, QHT qurumlarının rəhbərləri, bəstəkarlar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova tədbir haqqında ətraflı məlumat verib: "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2012-ci ilin 16 yanvar tarixindən başlayaraq 1 ay müddətinə ölkədə efir məkanının uşaq və gənclər proqramlarının monitorinqini aparıb. Monitorinqin keçirilməsində məqsəd bir il əvvəl, 2011-ci ilin yanvar-fevral ayında aparılmış araşdırmaların nəticələri ilə müqayisə edib, ötən müddətdə teleməkanda baş verən dəyişiklikləri aşkar etmək olub. Beləliklə, 4 həftə ərzində bu gün ölkə ərazisində fəaliyyət göstərən 9 ümumölkə və 11 regional televiziya kanalının proqramlarının monitorinqi aparılıb. Müəyyən edilib ki, telekanallarda uşaq verilişləri üçün ayrılan efir vaxtı müxtəlif olsa da 2011-ci ildə olduğu kimi o qədər də çox deyil. Ümumölkə telekanallarında ya cuzi artım və ya azalma aşkarlanıb ki, ümümi orta hesabla verilişlərin vaxtı 2011- ci ildəki 7,9%-dən 2012-ci ildə 6,3%-ə qədər azalıb".
Qeyd edək ki, tədbir qonaqların müzakirəsi ilə davam edib.
Foto müəllifindir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB