Naməlum heyvan skeleti tapılıb

Tərtər rayonun Hüseynli kəndində naməlum heyvan skeleti tapılıb. Hər kəsin böyük marağına səbəb olan qeyri-adi skeletin hansı heyvana məxsus olduğu bilinmir.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mütəxəssislər və yerli sakinlər bu cür heyvan görmədiklərini bildiriblər. Aşağı ətrafdan, bir fəqərə sümüyündən və bir kəllədən ibarət heyvanın ağız quruluşu və dişləri onun yırtıcı olduğunu deməyə əsas verir.


Tərtər Rayon Baytarlıq İdarəsinin rəisi Məhərrəm Əliyev bildirib ki, gənclik illərindən baytarlıq sahəsində çalışır. Amma ilk dəfədir ki, bu cür heyvan skeletinə rast gəlir. Onun sözlərinə görə, son illər işğal altındakı ərazilərdən təmas xəttinin yaşayış olan tərəfinə yırtıcı heyvanların axını müşahidə olunur.


Qeyd edək ki, analoji skeletlər ötən il Ağdam rayonunun da cəbhəyanı kəndlərində aşkarlanıb.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə