Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalı: Aprelin 11-12-də respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləklərinin üstünlük təşkil edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB