Ermənistan İrandan neft məhsulları almağa maraq göstərir. SİA-nın "Mehr"ə istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Neft Şirkətinin satış üzrə icraçı direktoru Cəlil Salari bildirib. Onun sözlərinə görə, neft məhsullarını Gürcüstan vasitəsilə almaq iqtisadi baxımdan Ermənistana sərf etmir.
O, qeyd edib ki, ilkin mərhələdə İranın özəl sektoru neft məhsullarını avtomobil yolları vasitəsilə ixrac edəcək, sonradan isə bu iş boru kəmərləri vasitəsilə davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB