Deputatlığa namizədin döyülmə səbəbləri üzə çıxdı

Deputatlığa namizədin döyülmə səbəbləri üzə çıxdı

Ermənistanda parlament seçkilərində Armavir vilayətinin 21 saylı seçki dairəsindən namizədliyini irəli sürən və döyüldükdən sonra namizədliyini geri götürdüyünü bəyan Merujan Mxoyanını döyülmə səbəbləri artıq ortaya çıxıb. SİA-nın xəbərinə görə, "Azadlıq" radiosunun Ermənistan bürosu "Armavir" tibb mərkəzindən döyülən Merujan Mxoyanını tibb kitabçasını əldə edib.

Tibb mərkəzinin verdiyi açıqlamada həmçinin bildirilir ki, Merujan Mhoyan klinkiaya daxil olandan sonra onun üzrəində aparılan müayinə zamanı zərərçəkənin beyin silkələnməsi, sol göz qapağının gemotoması, çanaq nahiyəsinin zədəsi, onun qohumu Muşeq Mhoyan isə döş qəfəsi nayihəsində, alt dodaqda, boyun arxasında və burunda zədə diaqnozları qoyulub. Faktla bağlı cinayət işi qaldırılsada tibb mərkəzinin göstərdiyi diaqnozların heç biri yer almayıb. Həmçinin onların heç biri açılmış cinayət işində zərərçəkən kimi qeyd olunmur.

Merjun Mhoyanın həyat yoldaşı bildirib ki, Mhoyan təzyiqlərlə üzləşdiyi üçün namizədliyini geri götürüb: "Mhoyan eyni dairədən namizəd göstərilən hakim Respublika Partiyasının üzvü Aleksan Petrosyana mane olurmuş. Bizə dedilər ki, namizədlikdən imtina etməsə uşaqlarınıza zərər vuracağıq. Atanın övladlarının xətrinə nələrə getməyə hazır olduğu məlumdur. O, namizədliyini məhz bu üzdən geri götürdü".

Qarşı tərəf olan hakim partiyanın namizədi Aleksan Petrosyanın seçki qərargahı isə qarşı tərəfin iddialarını rədd edir, bu insidentə heç bir aidiyyətlərinin olmadığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə