"İRƏLİ" Təlim Mərkəzinin təşkil etdiyi "Müasir İqtisad Məktəbi" layihəsinin növbəti seminarı keçirilib. "İrəli"dən SİA-ya verilən xəbərə görə, "Biznes Planın hazırlanması" mövzusunda keçirilmiş seminarda təlimçi qismində "Müasir İqtisad Məktəbi" layihəsinin rəhbəri Nicat Hacızadə iştirak edib.
Layihə rəhbəri iştirakçılara biznes idea, biznes ideanın formalaşması, möhkəmləndirilməsi, biznes planın yazılmasının xüsusiyyətləri, mərhələləri və həmin mərhələlərin növləri, xüsusiyyətləri, istiqamətləri üzrə ətraflı məlumat verib. Görüşün sonunda iştirakçılar komandalara bölünüb və qısa biznes planlar yazaraq təqdim ediblər. Sonda təlimçi Nicat Hacızadə iştirakçıları maraqlandıran sualları cavablandırıb.Qeyd edək ki, "Müasir İqtisad Məktəbi" layihəsinin əsas məqsədi gənclərin iqtisad sahəsində biliklərini və təcrübələrini interaktiv üsulla artırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB