Azərbaycan əlil arabasında idman rəqsi üzrə keçirilən yarışlarda iştirak edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkədə əlil arabasında rəqsin geniş tətbiqi istiqamətində müvafiq işlər görülür. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar nazirlik tərəfindən bu günlərdə ölkəmizdən üç nəfər əlilliyi olan şəxsin – Kamal Məmmədovun, Sevda Səfərəliyevanın və Vüsalə Kərimovanın Minsk şəhərində yerləşən "Rəqs Sağlamlıq Mərkəzi"ndə əlil arabasında rəqs üzrə beynəlxalq dərəcəli məşqçi və mütəxəssislərin iştirakı ilə 7 günlük təlim kursu keçməsi təşkil olunub.
Ümumiyyətlə, bu qəbildən olan insanların bundan sonar vaxtaşırı olaraq həmin mərkəzdə müvafiq məşğələlər keçməsi təmin olunacaq. Eyni zamanda mayın 5-6-da Belarusun Minsk şəhərində, sentyabrın 3-4-də isə Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında rəqs üzrə açıq, yəni hər bir ölkənin qatıla biləcəyi beynəlxalq səviyyəli yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi Kamal Məmmədov və Vüsalə Kərimova təmsil edəcəklər.
Hazırda əlil arabasında idman rəqsi artıq xeyli ölkələrdə populyarlıq qazanıb və bu sahədə kifayət qədər müsbət nəticələr mövcuddur. Hətta əlil arabasında idman rəqsi üzrə Avropa və dünya çempionatları keçirilir və onlarla ölkə belə tədbirlərdə təmsil olunur. Yaxın gələcəkdə Azərbaycan da belə tədbirlərdə təmsil olunacaq.
Bu reabilitasiya proqramı məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası baxımından olduqca əhəmiyyətlidir. Artıq bu sahədə beynəlxalq dərəcəli idman ustalarından ibarət məşqçi və mütəxəssis heyəti fəaliyyət göstərir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB