Gəncənin Sadıllı qəsəbəsində sakinlərin, Şəhər İcra Hakimiyyəti, idarə və müəssisə rəhbərlərinin də iştirakı ilə açıq mikrofon keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini İlham Əliyev Gəncənin inkişafı üçün görülən işlərdən söz açıb. İcra müavini bildirib ki, şəhər öz qədimliyini qoruyaraq müasirləşir və gözəlləşir. Yaşayış məntəqələrinin abadlaşdırılması əhalinin yaşam şəraitinə də öz müsbət təsirini göstərir. Daha sonra açıq mikrofonda Sadıllı qəsəbə sakinlərinin təklif və problemləri dinlənilib. Yolların abadlaşdırılması, sərnişin daşıyan nəqliyyat vasitələrinin sayının artırılması, kommunal problemlərin tam həlli və sair kimi məsələlər müzakirə edilib. İcra başçısının müavini İlham Əliyev çatışmazlıqların tez bir zamanda aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib. O, bildirib ki, şəhər rəsmiləri ilə əhalinin görüşləri, açıq mikrofonların təşkili davamlı olacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB