Siyasi partiyalara ianə ilə maliyyələşsin?

Siyasi partiyalara ianə ilə maliyyələşsin?

"Siyasi partiyalar haqqında" qanunu layihəsində qeyd olunduğu kimi, ikitərəfli maliyyələşmə - həm dövlət, həm də ianə vasitəsilə maliyyələşmə ən optimal variantdır. SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, şəxsiyyət vəsiqəsində olan məlumatları gizlədən şəxsin ianə vermək hüququnun məhdudlaşdırılmasının tərəfdarıdır.

Hakim partiaydan olan millət vəkili layihədə fiziki və hüquqi şəxslərin partiyalara ayıracaqları ianənin həddinin göstərilməsini də təklif edib. S. Novruzov onu da vurğulayıb ki, bu günə kimi YAP-dan başqa heç bir partiya maliyyə barədə hesabat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə