Ombudsmanın nümayəndələri İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılan şəxslərlə görüşüblər. SİA-nın xəbərinə görə, aparatın əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılan şəxslərlə təklikdə görüşüb, onların saxlanılma şəraitini araşdırıblar.
Araşdırma zamanı müəyyən edilib ki, burada saxlanılan 7 nəfər barəsində Bakı şəhərinin ayrı-ayrı rayonlarında 8 aprel mitinqinə çağırış vərəqləri paylayarkən polisin qanuni tələblərinə tabe olmamaq səbəbindən İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə ayrı-ayrı məhkəmələrin qərarlarına əsasən inzibati qaydada həbs seçilib. Saxlanılanlardan Fərzəliyev Teymur Pənah oğlu və Qafarov Qabil Əzim oğlu barələrində seçilmiş inzibati həbs müddətinin bitməsi ilə əlaqədar bu gün sərbəst buraxılacaqlar. Ümumilikdə, saxlanılanlar saxlanılma şəraiti və məntəqə əməkdaşlarının rəftarından şikayət etməyiblər.
Eyni zamanda, saxlanılanlar hər hansı pozuntuya yol vermədiklərini, onlardan ikisi isə ilkin tutulma zamanı polis əməkdaşları tərəfindən təzyiqlə üzləşdiklərini bildiriblər. Müvəkkil məsələlərin araşdırılması, müvafiq tədbirlər görülməsi, təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması və nəticəsi barədə ona məlumat verilməsi məqsədi ilə Daxili İşlər nazirinə müraciət edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB