Qazax və Ağstafa elektrik şəbəkələri təmir edilir

Qazax və Ağstafa elektrik şəbəkələri təmir edilir

Qazax Elektrik Şəbəkəsində (EŞ) son 3 ayda 10 və 0,4 kV-lik elektrik verilişi xətlərinin ümumilikdə 8 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəssisənin xidməti ərazisində olan transformator və komplekt transformator məntəqələrində aparılmış təmir işləri çərçivəsində təmir edilmiş transformatorların sayı 16 ədəd, ümumi gücü isə 5,7 MVA-dan artıqdır. Eyni bölgənin digər bir rayonundan - Ağstafa EŞ-də 1 ədəd transformator məntəqəsində əsaslı, 12 ədədində isə cari təmir işləri həyata keçirilib. Eyni zamanda ümumi gücü 4 MVA-dan artıq olan 11 ədəd transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilib. 10 və 6 kV-lik EVX-lərin 5,1 kilometrdən artıq və 0,4 kV-lik xəttin isə 1 kilometr hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.

Yenidən qurma və təmir işləri ilə yanaşı TM və KTM-lərdə avadanlıqlar təftiş edilib, ərazi quru otlardan təmizlənib.


Bütün xəbərlər Facebook səhifəmizdə