TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının sessiyasında iştirak edib
TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 126-cı Sessiyasında iştirak edib. TÜRKPA-dan SİA-ya verilən məlumat görə, Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 126-cı Sessiyası 31 mart 5 aprel 2012-ci il tarixləri arasında Ugandanın paytaxtı Kampala şəhərində keçirilib.
TÜRKPA-nın müşahidəçi status ilə təmsil olunduğu IPU-da Assambleyanı Azərbaycan Parlamentinin TÜRKPA-dakı nümayəndə heyətinin üzvü və Beynəlxalq Parlamentlərarası İttifaqdakı rəhbəri İlham Əliyevin rəhbərliyi altında TÜRKPA Baş Katibinin müavini Kürşad Melih Sariarslanın daxil olduğu nümayəndə heyəti təmsil edib.
Baş Katibin müavini Sarıarslan Parlamentlərin Baş Katibləri Assosiasiyasının (ASGP) iclasında \"TÜRKPA-nın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri\" mövzusunda məruzə ilə çıxış edib.Sual-cavab şəklində davam edən iclasda TÜRKPA haqqında verilən suallara cavab verib. Eyni zamanda, TÜRKPA-nın tanıdılması ilə bağlı digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB