Tbilisidə aksiya keçirilib
Gürcüstan dövlət müstəqilliyinin bərpası gününü qeyd edir. Bu məqsədlə paytaxt Tbilisinin mərkəzi hissəsi sayılan Rustavelli prospektində ölkənin Gənclər Parlamentinin, gənclər təşkilatlarının və Gürcüstan Azərbaycanlıları Konqresi üzvlərinin iştirakı ilə sülhməramlı aksiya keçirilib. Bu barədə məlumatı gürcü mediası yayıb.
Gürcü və azərbaycanlı gənclər Qafqazda sülh şüarı ilə çıxış edərək insanların dinc və əminamanlıq şəraitində yaşamalarına yönələn çağırışlar səsləndiriblər.
"Biz bu gün bura, Gürcüstan Parlamentinin qarşısına toplaşan gənclər təcavüzə və işğala qarşıyıq. Qafqazda müharibənin baş verməsinə yol verməyəcək, hər cəhdlə sülhü qoruyacağıq", - deyə Gənclər Parlamentinin sədri Teon Lavrelaşvili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB