Prezident Mixail Saakaşvili: "Kimlər ki istəyirlər, Gürcüstanda dini və etnik münaqişə yaratsınlar, vətəndaşların qeyri-bərabərliyi məsələsini qaldırsınlar, onlar düşmənlərin maraqlarına xidmət göstərirlər"
"Mən yüksək standartlara əsaslanaraq hazırlanmış ilk hərbi pilotsuz qurğumuzu, həmçinin gürcü əli ilə yaradılmış başqa texnologiyaları sınaqdan keçirəcəm". Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili haqqında bəhs etdiyi hərbi texnikanın yaradıcılarının mükafatlandırılması mərasimindəki çıxışında deyib. Gürcüstanın hərbi qulluqçularının, Müdafiə Nazirliyinin yüksək vəzifəli hərbi və mülki şəxslərinin təltif olunduqları mərasimdə M.Saakaşvili vurğulayıb.
"Mən Gürcüstanla Rusiyanın sərhəddində oldum. Oranı Rusiya vətəndaşları, o cümlədən qafqazlılar da keçirdilər. Onları salamladım. Sərhədin o tərəfinə keçməmi istədilər, amma özləri də bildilər ki, bu, mümkün deyil. Bir daha vəziyyətin faciəviliyini gördüm. Amma mövcud durum müvəqqətidir. Bizim azadlıq sevgimizin instinktini və təbiətini heç kəs durdura bilməz", - deyə o vurğulayıb
Gürcüstanın dövlət başçısı həmçinin bildirib ki, qafqazlılar üçün Gürcüstan çoxəsrlik ideyaların gerçəkləşdiyi məkandır. Bura etnik və dini cəhətdən rəngarəng, zəngin mədəniyyətə malik ölkədir. Düşmən də elə buna görə mübarizə aparır. "Kimlər ki, istəyirlər Gürcüstanda dini və etnik münaqişə yaratsınlar, vətəndaşların qeyri-bərabərliyi məsələsini qaldırsınlar, onlar düşmənlərin maraqlarına xidmət göstərirlər".
Qeyd edək ki, M.Saakaşvili bu il fevralın 25-də, yəni Gürcüstanın sovet ordusu tərəfindən işğalı günündə respublikanın ilk hərbi piyada maşını sayılan "Lazika"nın təqdimatına qatılıb. 2011-ci ildə isə ölkənin Müdafiə Nazirliyi "Didqori" adlı zirehli transportyerin iki tipinin istehsalını həyata keçirib. Hərbi texnikaların hər birinin yüksək standartlara cavab verdiyi bildirilir.
Onu da deyək ki, aprelin 9-da Gürcüstanda dövlət müstəqilliyinin bərpasından 23 il ötür. Haqqında bəhs etdiyimiz mükafatlandırılma və təqdimat mərasimlərinin təşkili də bu əlamətdar tarixlə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB