BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri aprelin 2-də Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bunu SİA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəsmisi Şəhla Qəhrəmanova deyib. Onun sözlərinə görə, hərbi əsirə bir qızıl xaç məktubu çatdırılıb, ondan isə bir qızıl xaç məktubu götürülüb.
Eyni zamanda hərbi əsirin məktubu atasına çatdırılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB