Azərbaycan prezidenti Rusiya Federasiya Şurasının sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Rusiya arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğulayıb.
Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edən prezident V.Matviyenkonun səfərinin Azərbaycanla Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, xanım V.Matviyenko səfəri zamanı ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğulayıb. O, Azərbaycan prezidenti İlham Əliyevin MDB ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ötən ilin dekabrında MDB Parlament Assambleyasının qərarı ilə təşkilatın "Birlik" ordeninə layiq görüldüyünü deyib və ordeni dövlət başçısına təqdim edib.
MDB Parlament Assambleyasının yüksək ordeni ilə təltif olunması ilə bağlı təşkilatın qərarına görə minnətdarlığını bildirən prezident İlham Əliyev bunu MDB məkanında əməkdaşlığın genişləndirilməsində Azərbaycanın fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB