Bişkekdə Heydər Əliyev parkı salınacaq

Bişkekdə Heydər Əliyev parkı salınacaq
Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına park salınacaq. SİA-nın verdiyi xəbərə görə, Bişkek meriyası Tokombayev prospektindən bir qədər cənubda yerləşən Baytık-Baatır küçəsində - "Orto-Say" meşə zolağında park salınması üçün ərazisi 5,5 hektar olan torpaq sahəsi ayrılıb.Parkda Heydər Əliyevə abidə ucaldılacaqdır. Burada həmçinin lazer fəvvarəsi və parka uyğun digər kiçik memarlıq formaları və obyektləri inşa edilməsi nəzərdə tutulur.
Türkdilli Dövlətlərin Siyasətini Dəstəkləmə Fondunda əmindirlər ki, Bişkek şəhərinin daha bir görməli yeri olacaq yeni parkın salınması Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə