Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İRƏLİ" İctimai Birliyi, Standard İnsurance və Qarant Sığorta şirkətlərinin birgə həyata keçirdiyi "Sığorta Akademiyası" layihəsi davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, layihə çərçivəsində ilkin birinci nəzəri hissə yekunlaşıb və aprel ayından layihənin ikinci-praktik hissəsinə start verilib. Bir ay müddətində davam edəcək praktik hissədə iştirakçılar ölkənin öndə olan sığorta şirkətlərində təcrübə keçmək şansı əldə edəcək və bu sahənin mütəxəssisləri ilə görüşlər təşkil olunacaq.
Ötən gün baş tutan görüşdə "Qarant Sığorta" ASC-nin Anderraytinq şöbəsinin müdiri Eldar Abbaszadə, "Zərərlərin Tənzimlənməsi Departamentinin meneceri Natavan Əliyeva, Satış üzrə menecer Həsən Allahverdiyev və Marketinq üzrə menecer Ceyhun Qubatov iştirak edib. İlk olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı, "Sığorta Akademiyası" layihəsinin rəhbəri Orxan Bayramov akademiya iştirakçılarını salamlayıb. Daha sonra qonaqlar iştirakçılara sığorta məhsullarının satışının təşkili, anderraytinqin xüsusiyyətləri və ümumilikdə sığorta şirkətlərinin iş mexanizmi haqda məlumat verib.
Xatırladaq ki, \"İRƏLİ\" İctimai Birliyi sığorta sahəsinə böyük önəm verir. İndiyədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə birlikdə "Sığortalı gələcək", "Gənc Liderlər Üçün Qış Universiteti-Sığortalı Gələcək" layihələri həyata keçirilib. \"Sığorta Akademiyası\" bu istiqamətdə həyata keçirilən sayca üçüncü layihədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB