Oqtay Əsədov: \"Münaqişənin həllində millətlər arasında inamın olması çox vacibdir\" - AÇIQLAMA

Oqtay Əsədov: \"Münaqişənin həllində millətlər arasında inamın olması çox vacibdir\" - AÇIQLAMA

"Soçi görüşündə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri qərara gəlib ki, cəmiyyətlər arasındakı suallar aradan qaldırılsın, ölkələr arasındakı əlaqələr inkişaf etdirilsin. Bunun üçün yeni partfel olmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib. O bildirib ki, xalqlar arasında inam yaradılmalıdır.

"Biz hər halda qonşuyuq. Bütün məsələləri birgə həll etməyə çalışmalıyıq. Təbii ki, Dağlıq Qarabağ Azərbaycanın əraizisidir. Bu məsələni də sülh yolu ilə həll etməyə çalışacağıq. Bunun üçün də millətlər arasında inamın olması çox vacibdir. Parlamentin mövqeyi, millətlərarası parlament nümayəndələri xalqlar arasındakı inamın yaranmasında mühüm rol oynaya bilər. Bu istiqamətdə deputatlar artıq öz işlərini, təbliğatını başlayıb", - deyə O.Əsədov əlavə edib.

Qəbələ RLS-lə bağlı məsələyə gəlincə, spiker qeyd edib ki, danışıqlar davam edir. Təəssüf ki, erməni tərəfinin bu məsələdə tələsdiyini deyən spiker danışıqların nəticəsinin uğurlu olacağına əmin olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə